“Azərbaycan Turizm Sammiti 2023” (ATS 2023) Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən turizm sənayesində son tendensiyaları, o cümlədən Azərbaycan daxili və Azərbaycana səfərlərin marketinq və təbliğatı məsələlərini müzakirə etmək məqsədilə tərəfdaşlar üçün yaradılmış korporativ platformadır.
Vaxt | Qısa məlumat | Spikerlər |
---|---|---|
9:00-10:00 | Qeydiyyat | |
10:00-10:15 Otaq: Auditoriya parteri | Açılış mərasimi |
|
10:15-11:00 | 2018 – 2023-cu illərin icmalı |
|
11:00-11:15 | 2020-ci ilə baxış və gələcək layihələr |
|
11:15-12:00 | Sual/Cavab sesssiyası |
|
12:00-13:00 |
Panel diskussiya: Texnologiya və innovasiyaların yerli turizmin inkişafı üçün yaratdığı fürsətlər Rəqəmsal turizm sektorunda beynəlxalq səviyyəli uğurlu azərbaycanlı sahibkarlar ilk dəfə olaraq ATS 2023-da yüksək səviyyəli panel iclaslarında bir araya gələcəklər. Müzakirə yeni texnologiyaların və innovasiyaların Azərbaycanda turizmin inkişafına müsbət təsir göstərə biləcəyi barədə düşünmək üçün ideyalar verəcəkdir. Wetravel.com, getguided.net, Expedia kimi şirkətlərin baş direktorları və təsisçiləri təmsil etdikləri rəqəmsal startaplar, həmçinin üzləşdikləri çətinliklər barədə şəxsi təcrübələrini bölüşəcəklər. Üstəlik, Azərbaycanda rəqəmsal turizmin gələcəyini formalaşdırmaq üçün yerli sahibkarlara tövsiyələr verəcək və bu istiqamətdə fikirlərini söyləyəcəklər. |
|
13:00-14:00 | Nahar fasiləsi | |
14:00-15:30 | Günorta sessiyaları. Bölüm 1 | |
Otaq: B3+B4 Sessiyanın məzmunu: “Turizm təcrübələrinin yaradılması və turizm məhsullarına baxış” təqdmatından sonra sessiya iştirakçıları qruplara bölünəcək, və hər qrupa “seqment – mövzu – destinasiya ölkəsi” modelinə əsasən hər hansı turizm təcrübəsi yaratmaq tapşırılacaq. Seminarın interaktiv şəkildə keçirilməsi planlaşdırılıb – hər bir iştirakçı qrupuna Azərbaycanı təmsil edə biləcək əşyalarla dolu qutu təqdim olunacaq. Əlavə olaraq, sessiya iştirakçıları təcrübənin yaradılması, təbliği və çatdırılması barədə praktik məlumatlarlardan ibarət bukletlərlə təmin olunacaq. Sonda iştirakçılara Azərbaycanda yeni və unikal təcrübə yaratmağın yolları və üsulları barədə məlumat veriləcək. Moderatorlar:
Kimlər iştirak edə bilər: Turizm agentlikləri və tur operatorlar Otaq: Auditoriya parteri Sessiyanın məzmunu: Sessiya zamanı Azərbaycanda turizm sahəsində mövcud dəstək mexanizmləri və gələcək perspektivlər, qonşu dövlətlərdə tətbiq olunan təşviq alətləri, habelə beynəlxalq təşkilatların yerli və regional səviyyələrdə ölkə turizminin inkişafına verdiyi töhfə müzakirə olunacaq və müxtəlif sahələrdən olan qonaqlar turizmlə əlaqəli önəmli suallara birgə cavab tapmağa çalışacaq. Moderator:
Spikerlər:
Kimlər iştirak edə bilər: Dövlət qurumlarının, beynəlxalq təşkilatların və diplomatik nümayəndəliklərin təmsilçiləri, turizm sahəsində fəaliyyət göstərən sahibkarlar, ekspertlər, tələbələr, qeyri-hökumət təşkilatlarının nümayəndələri Otaq: A6 Sessiyanın məzmunu: Azərbaycanın ən uğurlu və böyük hotellərinin nümayəndələri rəqəmsal marketinqin strateji istifadəsi, müştəri cəlbetmə fəaliyyətləri və müştəriləri dinləməklə xidmət və proseslərin necə yaxşılaşdırılması barədə biliklərini bölüşəcəklər. Əlavə olaraq, natiqlər tərəfindən mədəniyyət proqramları, F&B və qəbul xidmətlərinin daha keyfiyyətli keçirilmələri üçün ideyalar təqdim ediləcək. Sessiyada həmçinin Azərbaycan Hotel Assosiasiyası tərəfindən Azərbaycanın HOTREC və Hotel Stars Union-da üzvlüyünün üstünlükləri haqqında məlumatlar veriləcək. Moderator:
Spikerlər:
Kimlər iştirak edə bilər: Hotel və qonaqpərvərlik sahəsinin mütəxəssisləri və nümayəndələri |
||
15:30-16:00 | Fasilə | |
16:00-17:30 | Günorta sessiyaları. Bölüm 2 | |
Otaq: A6 Sessiyanın məzmunu: Sessiyada iştirak edənlər turizm sənayesində rəqəmsal marketinq mühiti və daha yaxşı nəticələr üçün rəqəmsal fəaliyyətin rolu haqda məlumatlar əldə edəcəklər. Müzakirə olunacaq mövzular hədəf auditoriyanın müəyyənləşdirilməsi, sosial media, Google & Co.-nun bütün aspektlərinin istifadəsi, rezervasiya prosesi zamanı əsas məqamların, marketinq və kommersiya proseslərinə aid digər aspektlərin təyin olunmasını əhatə edəcək. Spikerlər: “Scalista” şirkətinin mütəxəssiləri
Kimlər iştirak edə bilər: Turizm sənayesinin maraqlı tərəfləri, startaplar, sahibkarlar və turizm üzrə təhsil alan tələbələr Otaq: B3+B4 Sessiyanın məzmunu: Natiqlər çıxış edərək müxtəlif mövzuları müzakirə edəcəklər: işgüzar tədbirlərin Azərbaycanda keçirilməsi üçün nə etmək lazımdır, ölkəmiz bu tipli tədbirlərin keçirilməsi üçün nə təklif edir, Azərbaycanın uğurlu biznes məkanına çevrilməsi üçün Azərbaycan Konqreslər Bürosunun qarşısında duran hədəf və təyin etdiyi strategiyalar nədən ibarətdir. Moderator:
Spikerlər:
Kimlər iştirak edə bilər: İşgüzar tədbirlər və turizm sənayesini yerli, regional və milli səviyyədə təmsil edən dövlət və özəl sektor nümayəndələri Otaq: Auditoriya parteri Sessiyanın məzmunu:Sessiyada turizm statistikası və tədqiqat, habelə peşə və ali təhsil sahələrinin bir-biri ilə necə əlaqəli olduğu və nəticələrinin turizm sənayesini necə təmin edə biləcəyi barədə məlumatlar veriləcək. Bundan əlavə, natiqlər tərəfindən turizm sənayesinin nümayəndələri və tələbələr üçün statistik məlumatlar, aylıq statistika hesabatları, bazar və sənaye araşdırmalarını haradan əldə edə biləcəkləri haqqında və əməkdaşlıq imkanları barədə məlumat təqdim olunacaq. Moderator:Bahar Qəniyeva – Abşeron Otel Qrupun Gəlirlər və Biznesin İdarə edilməsi üzrə Qrup Direktoru Spikerlər:
Kimlər iştirak edə bilər: Turizm üzrə təhsil alan tələbələr, tədqiqatçılar və turizm müəssisələri |
Dövlət Turizm Agentliyinin Sədri
Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru
Dövlət Turizm Agentliyinin Aparat rəhbəri
Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktorunun müavini
Azərbaycan Konqreslər Bürosunun Direktoru
Azərbaycan Otel Assosiasiyasının Prezidenti, “Absheron Hotel Group”un Baş İcraçı Direktoru
Azərbaycan Hotel Assosiasiyasının Direktoru
ENITED Business Events şirkətinin İcraçı direktoru, İşgüzar tədbirlər üzrə ekspert