Turİzmİ Bİrlİkdə İnkİşaf etdİrək

29 Noyabr 2019
Azərbaycan, Bakı

ATS 2019-un proqramı

“Azərbaycan Turizm Sammiti 2019” haqqında

“Azərbaycan Turizm Sammiti 2019” (ATS 2019) Dövlət Turizm AgentliyiAzərbaycan Turizm Bürosu tərəfindən turizm sənayesində son tendensiyaları, o cümlədən Azərbaycan daxili və Azərbaycana səfərlərin marketinq və təbliğatı məsələlərini müzakirə etmək məqsədilə tərəfdaşlar üçün yaradılmış korporativ platformadır.

“Azərbaycan Turizm Sammiti 2019” haqqında daha ətraflı məlumat

ATS 2019-un proqramı

Vaxt Qısa məlumat Spikerlər
9:00 Qeydiyyat
10:00 Dövlət Turizm Agentliyinin Sədri və Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru tərəfindən açılış nitqi
  • Fuad Nağıyev
  • Florian Sengstschmid
10:15

Panel diskussiya: Texnologiya və innovasiyaların yerli turizmin inkişafı üçün yaratdığı fürsətlər

Rəqəmsal turizm sektorunda beynəlxalq səviyyəli uğurlu azərbaycanlı sahibkarlar ilk dəfə olaraq ATS 2019-da yüksək səviyyəli panel iclaslarında bir araya gələcəklər. Müzakirə yeni texnologiyaların və innovasiyaların Azərbaycanda turizmin inkişafına müsbət təsir göstərə biləcəyi barədə düşünmək üçün ideyalar verəcəkdir. Worthravel.com, halalbooking.com, getguided.net, Expedia kimi şirkətlərin baş direktorları və təsisçiləri təmsil etdikləri rəqəmsal startaplar, həmçinin üzləşdikləri çətinliklər barədə şəxsi təcrübələrini bölüşəcəklər. Üstəlik, Azərbaycanda rəqəmsal turizmin gələcəyini formalaşdırmaq üçün yerli sahibkarlara tövsiyələr verəcək və bu istiqamətdə fikirlərini söyləyəcəklər.

  • Yekaterina Boqatiryova
  • Qərib Mehdiyev
  • Cavid Nadirov
  • Emin Şərifov
  • Məmməd Kərim
11:15 2018 – 2019-cu illərin icmalı (DTA, ATB, AHA, ATAA, ATBA)
  • Kənan Qasımov
  • Bəhruz Əsgərov
12:00 2020-ci ilə baxış və bağlanış mərasimi
  • Kənan Qasımov
  • Bəhruz Əsgərov
12:15 Sual/Cavab sesssiyası
  • Fuad Nağıyev
  • Florian Sengstschmid
  • Kənan Qasımov
  • Bəhruz Əsgərov
13:00 Nahar fasiləsi
14:00 Günorta sessiyaları. Bölüm 1

Otaq: B3+B4

Sessiyanın məzmunu: “Turizm təcrübələrinin yaradılması və turizm məhsullarına baxış” təqdmatından sonra sessiya iştirakçıları qruplara bölünəcək, və hər qrupa “seqment – mövzu – destinasiya ölkəsi” modelinə əsasən hər hansı turizm təcrübəsi yaratmaq tapşırılacaq. Seminarın interaktiv şəkildə keçirilməsi planlaşdırılıb – hər bir iştirakçı qrupuna Azərbaycanı təmsil edə biləcək əşyalarla dolu qutu təqdim olunacaq. Əlavə olaraq, sessiya iştirakçıları təcrübənin yaradılması, təbliği və çatdırılması barədə praktik məlumatlarlardan ibarət bukletlərlə təmin olunacaq. Sonda iştirakçılara Azərbaycanda yeni və unikal təcrübə yaratmağın yolları və üsulları barədə məlumat veriləcək.

Moderatorlar:

  • Mark Elliott – səyahət və turizm yazarı
  • Səkinə Əsgərova – ATB-nin Sənaye birlikləri üzrə meneceri

Kimlər iştirak edə bilər: Turizm agentlikləri və tur operatorlar

Otaq: Auditoriya parteri

Sessiyanın məzmunu: Dövlət Turizm Agentliyi qrantlar, mükafatlar, subsidiyalar, təşviq mexanizmləri, maarifləndirmə tədbirləri və təlimlər əsasında turizm sənayesində özəl sektorun iştirakını artırmaq üçün müxtəlif layihə və tədbirlər həyata keçirir. Eyni zamanda, digər nazirliklərlə viza qaydaları, vergi endirimləri, turizm qanunu və ictimaiyyətlə özəl şirkətlər arasında rəsmi əməkdaşlıq imkanları ilə bağlı danışıqlar aparılır. Bu sessiya sənaye birlikləri və nazirliklər kimi mühüm maraqlı tərəflərin nümayəndələri arasında müzakirə meydanı olacaqdır.

Moderator:

  • Vüqar Bayramov – İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı ekspert

Spikerlər:

  • Məhəmməd Muradov – DTA-nın Strategiya və Siyasət üzrə şöbə müdiri
  • Elgün Cavadov – DTA-nın Regional turizm və qoruqların inkişafı üzrə sektor müdiri

Kimlər iştirak edə bilər: Dövlət qurumları, turizm müəssisələri

Otaq: A6

Sessiyanın məzmunu: Azərbaycanın ən uğurlu və böyük hotellərinin nümayəndələri rəqəmsal marketinqin strateji istifadəsi, müştəri cəlbetmə fəaliyyətləri və müştəriləri dinləməklə xidmət və proseslərin necə yaxşılaşdırılması barədə biliklərini bölüşəcəklər. Əlavə olaraq, natiqlər tərəfindən mədəniyyət proqramları, F&B və qəbul xidmətlərinin daha keyfiyyətli keçirilmələri üçün ideyalar təqdim ediləcək. Sessiyada həmçinin Azərbaycan Hotel Assosiasiyası tərəfindən Azərbaycanın HOTREC və Hotel Stars Union-da üzvlüyünün üstünlükləri haqqında məlumatlar veriləcək.

Moderator:

  • Günay Sağlam – Azərbaycan Hotel Assosiasiyasının Direktoru

Spikerlər:

  • Ülviyyə Talışınskaya – “Four Seasons Hotel Baku” hotelinin Marketinq direktoru
  • Max Venturelli – “JW Marriott Baku” hotelinin Baş meneceri
  • Nəcəf Bədəlov – “Marxal Resort Sheki” hotelinin Baş meneceri

Kimlər iştirak edə bilər: Hotel və qonaqpərvərlik sahəsinin mütəxəssisləri və nümayəndələri

15:30 Fasilə
16:00 Günorta sessiyaları. Bölüm 2

Otaq: A6

Sessiyanın məzmunu: Sessiyada iştirak edənlər turizm sənayesində rəqəmsal marketinq mühiti və daha yaxşı nəticələr üçün rəqəmsal fəaliyyətin rolu haqda məlumatlar əldə edəcəklər. Müzakirə olunacaq mövzular hədəf auditoriyanın müəyyənləşdirilməsi, sosial media, Google & Co.-nun bütün aspektlərinin istifadəsi, rezervasiya prosesi zamanı əsas məqamların, marketinq və kommersiya proseslərinə aid digər aspektlərin təyin olunmasını əhatə edəcək.

Spikerlər: “Scalista” şirkətinin mütəxəssiləri

  • Daniel Arroyave
  • Andrew Reinhart
  • Peter Balla

Kimlər iştirak edə bilər: Turizm sənayesinin maraqlı tərəfləri, startaplar, sahibkarlar və turizm üzrə təhsil alan tələbələr

Otaq: B3+B4

Sessiyanın məzmunu: Natiqlər çıxış edərək müxtəlif mövzuları müzakirə edəcəklər: işgüzar tədbirlərin Azərbaycanda keçirilməsi üçün nə etmək lazımdır, ölkəmiz bu tipli tədbirlərin keçirilməsi üçün nə təklif edir, Azərbaycanın uğurlu biznes məkanına çevrilməsi üçün Azərbaycan Konqreslər Bürosunun qarşısında duran hədəf və təyin etdiyi strategiyalar nədən ibarətdir.

Moderator:

  • Ivo Franschitz – ENITED Businesˀs Events şirkətinin İcraçı direktoru, İşgüzar tədbirlər üzrə ekspert

Spikerlər:

  • Sevda Əliyeva – Azərbaycan Konqreslər Bürosunun Direktoru
  • Henrik von Arnold - ENITED Business Events şirkətində baş məsləhətçi

Kimlər iştirak edə bilər: İşgüzar tədbirlər və turizm sənayesini yerli, regional və milli səviyyədə təmsil edən dövlət və özəl sektor nümayəndələri

Otaq: Auditoriya parteri

Sessiyanın məzmunu: Sessiyada turizm statistikası və tədqiqat, habelə peşə və ali təhsil sahələrinin bir-biri ilə necə əlaqəli olduğu və nəticələrinin turizm sənayesini necə təmin edə biləcəyi barədə məlumatlar veriləcək. Bundan əlavə, natiqlər tərəfindən turizm sənayesinin nümayəndələri və tələbələr üçün statistik məlumatlar, aylıq statistika hesabatları, bazar və sənaye araşdırmalarını haradan əldə edə biləcəkləri haqqında və əməkdaşlıq imkanları barədə məlumat təqdim olunacaq.

Moderator: Hüseyn Həsənov - DTA-nın Təhsil və təlim sektorunun müdiri

Spikerlər:

  • Nicat Abbaslı – DTA-nın Tədqiqat və statistika sektorunun müdiri

Kimlər iştirak edə bilər: Turizm üzrə təhsil alan tələbələr, tədqiqatçılar və turizm müəssisələri

Bakı Konqres Mərkəzİ

Təbriz küç. 130, Bakı, Azərbaycan

ATS 2019-un spikerləri ilə tanış olun

Fuad Nağıyev

Dövlət Turizm Agentliyinin Sədri

Florian Sengstschmid

Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru

Kənan Qasımov

Dövlət Turizm Agentliyinin Aparat rəhbəri

Bəhruz Əsgərov

Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktorunun müavini

Sevda Əliyeva

Azərbaycan Konqreslər Bürosunun Direktoru

Maks Venturelli

JW Marriott Baku hotelinin Baş meneceri

Günay Sağlam

Azərbaycan Hotel Assosiasiyasının Direktoru

Ivo Franschitz

ENITED Business Events şirkətinin İcraçı direktoru, İşgüzar tədbirlər üzrə ekspert

Azərbaycan Turizm Sammiti 2019-un təşkilatçıları